Qazaxdakı təxribatın PƏRDƏARXASI – Ermənistandan hiyləgər gediş

Nəzərə alınmalıdır ki, Qazax-Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun birləşmələri dayanıb.

Bunu açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

Ekspert bildirib ki, Ermənistanda elə qüvvələr var ki, Rusiya sülhməramlılarının tək Dağlıq Qarabağda deyil, Ermənistanla dövlət sərhəddi boyu da yerləşdirilməsinə çalışırlar

“Bu, həmin 3-cü Ordu Korpusudur ki, iyul ayında Tovuz istiqamətində təxribat törədildi, 12 gün ərzində şiddətli döyüşlər getdi. 3-cü Ordu Korpusunun komandiri general-mayor Qeorqi Xaçaturovdur. O, general-polkovnik Yuri Xaçaturovun oğludur. Həmin o Yuri Xaçaturovdur ki, hansı ki, Serj Sarkisyanın hakimiyyəti vaxtında KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) icraçı katibi vəzifəsinə təklif olunurdu. Nikol Paşinyan hakimiyyətə gələndən sonra o, həbs edildi, sonra buraxıldı, bununla bağlı bir az qalmaqallar oldu. Yəni, Yuri Xaçaturovun oğlu Ermənistan Silahlı Qüvvələrində birbaşa məlum xarici qüvvələrə, güc mərkəzlərinə bağlı olan qruplaşmanın nümayəndəsidir. Yəni, bu, birinci nəzərə alınmalı bir məsələdir. Çünki bu adamlar – nə Yuri Xaçaturov, nə onun oğlu Nikol Paşinyana o qədər də tabe deyillər. O ordu korpusu bir az “müstəqil” fəaliyyət göstərir. O da Ermənistan siyasəti üçün xoşagəlməz rol oynayır.

Eyni zamanda nəzərə almalıyıq ki, Ermənistanın Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən törədilən təxribat nə vaxt baş verib. Fikir verin, 10 noyabrda əldə olunan razılaşmalar, ondan sonra 11 yanvarda Moskva görüşü, sonra baş nazir müavinlərinin görüşlərinin keçirilməsinin ardınca törədildi. Hansı ki nəqliyyat, iqtsadiyyat kommunikasiya məsələləri komissiyanın gündəm məsələləri idi. Yəni, təxribat bu işlərin ortasında baş verir, özü də Dağlıq Qarabağdan xeyli uzaq istiqamətdə, demək olar ki, Ağdamda Monitorinq Mərkəzinin açılışı ərəfəsində.

Ermənistanın sərhəddəki təxribatının səbəbi nədir? 

Dövlət sərhəddində bu, həm sülh prosesinə təxribatdır, həm də Ermənistanda elə qüvvələr var ki, Rusiya sülhməramlılarının tək Dağlıq Qarabağda deyil, Ermənistanla dövlət sərhəddi boyu da yerləşdirilməsinə çalışırlar. Bu da Azərbaycana sərf etmir, çünki Azərbaycan öz sərhəddini özü qoruyur. Naxçıvanda da, Tovuz-Qazaxda da, artıq Qubadlıda da və s. başqa ərazilərimizdə öz sərhədçilərimiz keşik çəkir.

Buradan da aydın olur ki, Ermənistanda elə qüvvələr var ki, sərhəddə belə bir-iki təxribatlar törədib, sonra da təklif sürə bilərlər ki, “Rusiya sülhməramlıları tək Dağlıq Qrabağa yerləşdirilməsin, Qazax-Tovuza da yerləşdirilsin”. Bu da aydındır ki, heç bir vəchlə bizim marağımıza uyğun deyil. Ümumən, sülh prosesini təhlükə altına qoymaqdan əlavə, ermənilərin təxribat məqsədlərindən biri də bu ola bilər”.


Bütün xəbərlər