Qaziyə dəstəyə görə Ombudsmana təşəkkür məktubu

İnterval.Az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış vətəndaş R.X. tərəfindən rəsmi təşəkkür məktubu ünvanlanıb.

Vətəndaş öz müraciətində qeyd edib ki, o, Ombudsmana müraciət etdikdən sonra özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub və bu dəstəyə görə İnsan Hüquqları üzrə Müvəkkilə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Ombudsman təsisatı bu kimi həssas kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsi və sosial təminat məsələlərində onların müraciətlərinə həssaslıqla yanaşaraq, aidiyyəti qurumlarla birgə fəaliyyət göstərməkdə davam edir.

İnterval.Az 
Ayla Qafqazlı

 


Bütün xəbərlər