ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir – Li Litzenberger

“Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədlərin qeydə alınmasını görməkdən şadıq”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-nın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.

O vurğulayıb ki, fərqli spektləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.

L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: “Biz şadıq ki, Azərbaycxan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizit bildirəcəyik”.

ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir – Li Litzenberger üçün şərhlər bağlıdır

Bütün xəbərlər