Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına 11,97 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına 11,97 milyon manat ayrılıb üçün şərhlər bağlıdır

Bütün xəbərlər