Azərbaycana qarşı yeni TƏXRİBAT: BMT qondarma rejimin 2 “sənəd”ini YAYDI

BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib.

İnterval.Az-ın məlumatına əsasən, Milli.Az modern.az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ torpaqlarında yaradılmış qondarma rejimin daha 2 “sənəd”i yayımlanıb.

Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin yaydığı həmin “sənədlər”dən biri (https://undocs.org/ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir. İkinci “sənəd”də isə (https://undocs.org/ru/A/74/818) BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün “qaynar nöqtələri”ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.

Xatırladaq ki, bundan əvvəl də, Ermənistanın BMT-dəki daimi nümayəndələrinin vasitəsilə qondarma rejim rəhbərliyi BMT-də rəsmi sənəd yaymağa nail olub. Həmin faktlarla bağlı Azərbaycan XİN-i BMT-yə kəskin etirazını bildirmişdi.


Bütün xəbərlər