Bahar Muradova Dövlət Komitəsinin sədri təyin olundu – SƏRƏNCAM

Bahar Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin”.


Bütün xəbərlər