Bakıda baş redaktorun evi qarət olundu
![](https://interval.az/wp-content/uploads/2020/01/821103-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
“Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.
İnterval.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:
“Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.
İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verildiyini vurğulayıb:
“Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bakıda baş redaktorun evi qarət olundu üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)