Bakıda bu əczaçılar görün nə edirlərmiş…

Abşeron rayon və Bakı sakinləri satışına məhdudiyyət qoyulmuş həbləri satarkən saxlanılıblar.

İnterval.Az bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN) Millli.Az-a daxil olan məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.

Bakıda bu əczaçılar görün nə edirlərmiş… üçün şərhlər bağlıdır

Bütün xəbərlər