Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi…

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Şirvan Gənclər Evinə dəstək verib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan tərəfindən maliyyələşdirilən “Dayanıqlıq naminə İcitmai Fəaliyyət” layihəsi çərçivəsində bölgələrdə yerləşən və həssas qruplarla işləyən Gənclər Evlərini dəstəkləməkdə davam edir.

BMqT yerli tərəfdaşlarla işbirliyi çərçivəsində Şirvan şəhərində yerləşən Şirvan Gənclər Evində kompüter otağının imkanlarını artırılmasına dəstək vermişdir. Bu çərçivədə kompütr labaratoriyası səkkiz ədəd monoblok kompüter, bir sürətli masa üstü kompüter və  bir proyektor ilə təmin edilmişdir. Laboratoriyadan yalnız Şirvanda yaşayan gənclər deyil, həm də Azərbaycanın Saatlı, Sabirabad, Hacıqabul və Salyan rayonlarından olan gənclər də istifadə edirlər.

Qeyd edək ki, “Dayanıqlıq naminə İcitmai Fəaliyyət” layihəsi çərçivəsində oxşar “USAID LAB” adlı İKT / Kompüter labaratoriyaları Balakən Gənclər Evində, eyni zamanda  Lənkəran Dövlət Universiteti və  Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində də yaradılmışdır.

COVID-19 pandemiyası nəticəsində məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin əhəmiyyətinin artması ilə təlim-tədris metodları əsaslı şəkildə dəyişdi. Bu baxımdan, USAID tərəfindən dəstəklənən kompüter laboratoriyaları istər Gənclər Evləri, istərsə də Universitetlərin onlayn tədris imkanlarını daha da genişləndirir, həm də gənclərin İKT bacarıqlarını artırmaqdadır. Adı çəkilən kompüter laboratoriyaları Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclər tərəfindən istifadə edilməkdədir.


Bütün xəbərlər