BTQ ilə Türkiyədən Rusiyaya qatarın göndərilməsi …

Rusiya ilə Türkiyə arasındakı dəmir yolu nəqliyyatı ilə daşımalar, kənd təsərrüfatı və metallurgiya sektorları da daxil olmaqla, iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək.

Bunu “Rusiya Dəmir Yolları”nın baş direktorunun birinci müavini Sergey Pavlov deyib.

Onun sözlərinə görə, marşrutunu fevralın 9-da tamamlayan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti ilə Türkiyədən Rusiyaya ilk konteyner qatarının göndərilməsi dəmir yolu ticarətinin genişləndirilməsi üçün vacib bir addım idi və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək.

“Rusiya Dəmir Yolları”nın rəsmisi 2017-ci ildə BTQ xəttində yeni bir dəmir yolu marşrutunun açılmasını və 2019-cu ilin mayında Rusiya ilə Türkiyə arasında dəmir yolu nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq memorandumu imzalanmasını da xatırlayıb.

S. Pavlovun Rusiya tərəfinin BTQ boyunca müntəzəm yük daşınmasını təmin etmək üçün bütün lazımi addımları atmağa hazır olduğunu da bildirib.

“Təxmini hesablamalarımıza görə, vaxt və tariflər baxımından bu marşrut digər nəqliyyat vasitələri ilə daşınmadan daha sərfəli olacaq. Yükləmə və boşaltma vaxtını nəzərə almasaq, çatdırılma müddəti 10 gün olacaq, bu da dəniz yolu ilə göndərilmədən orta hesabla iki dəfə tezdir”, – S. Pavlov vurğulayıb.


Bütün xəbərlər