Co Bayden rəsmən ABŞ prezidentliyinə namizəd oldu

ABŞ-ın Demokratlar Partiyası rəsmi şəkildə keçmiş vitse-prezident Co Baydenin prezidentliyə namizədliyini irəli sürüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, virtual keçirilən qurultayın səsverməsinin nəticələrinə əsasən, C.Bayden partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.

Birləşmiş Ştatalarda noyabrın 3-də keçiriləcək prezident seçkilərində C.Bayden hazırkı prezident Donald Trampa rəqib olacaq


Bütün xəbərlər