Cənab İlham Əliyevin təzyiqi bəhrəsini verdi: Ermənistan mina xəritələrini təqdim etdi

Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub.

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində beynəlxalq birliyin Ermənistana təzyiqi öz bəhrəsini verib.

Ermənistan tərəfi Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim edib. Bunun əvəzində Bakı İrəvana 15 erməni hərbçisini qaytarıb. İstintaq orqanlarının araşdırmasına görə, bu hərbçilər Azərbaycan vətəndaşlarının öldürülməsində və digər ağır cinayətlərdə iştirak etməyiblər. Erməni tərəfi isə 100 minə yaxın tank və piyada əleyhinə minanın yerini göstərən xəritələri təqdim edib.

Xəritələrin dürüstlüyünə ABŞ və Aİ yüksək səviyyədə zəmanət verib.


Bütün xəbərlər