Formula 1 yarışları üçün biletlərin sayı artırıla bilər


“Bu il Azərbaycanda keçirilən Formula 1 yarışlarında tribunaların sayı artırıla bilər.”
İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.
O qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisinə xaricdən olan maraq xeyli artıb, o cümlədən xaricdən gələn VİP qonaqların sayı da artıb.
Özərdimin sözlərinə əsasən, biletlərin sayının artırılması nəzərdə tutulur: “Biletlər bitdiyi zaman yeni biletlər satışa çıxarılacaq”.

Formula 1 yarışları üçün biletlərin sayı artırıla bilər üçün şərhlər bağlıdır
Bütün xəbərlər
