Gürcüstan Rusiya ilə aviauçuşların bərpasını müzakirə etməyə hazırdır

“Rusiya tərəfindən müvafiq siyasi iradə olarsa və epidemioloji vəziyyət imkan verərsə, uçuşların bərpası ilə bağlı məsələ qaldırıla bilər”.

“Interval.az”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə münasibətlərdə mövcud ən çətin problemlərin həllində maraqlıdır: “Problemlər əsasən işğal olunmuş ərazilərlə bağlıdır. Gürcüstan torpaqlarının işğalından sonra diplomatik münasibətlər dayandırılıb. Təəssüflər olsun ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Diplomatik əlaqələrin bərpası məsələsi gündəlikdə deyil”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində Gürcüstanla hava əlaqəsinin bərpasının yaxın gələcəyin məsələsi olduğuna ümid etdiyini bildirib.

Rusiya Gürcüstanla birbaşa uçuşları ötən il iyulun 8-dən dayandırıb.


Bütün xəbərlər