Hacıbaba Hüseynovun bu bacarığını bilirdinizmi? – Qadınlardan yaxşı bacarırmış

Bayramda şəkərbura bəzəyəndə, evimizdəki qadınlar yarışa girirdilər. Ancaq buna baxmayaraq ən gözəl naxışı bir əmim, bir də mən vururdum.

İnterval.Az ölkə.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti, xanəndə Hacıbaba Hüseynov haqqında danışarkən onun qardaşı oğlu, müğənni Hüseyn Bakılı deyib.

“Əmim çox gözəl şəkərbura naxışı vurardı, onun üçün xüsusi maqqaşı var idi. Onun vurduğu naxışları heç bir qadın edə bilməzdi”,- Hüseyn Bakılı bildirib.

Qeyd edək ki, mahir muğam ifaçısı Hacıbaba Hüseynov 1993-cü ildə 71 yaşında vəfat edib.


Bütün xəbərlər