İnterpolun prezidenti barəsində istintaq başlayıb
![](https://interval.az/wp-content/uploads/2022/05/1041588-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Fransada İnterpolun prezidenti Əhməd Nəsir ər-Rəisi barəsində istintaq başlayıb.
Interval.Az bildirir ki, bu barədə Frans-Press agentliyi bildirir.
Qeyd olunur ki, İnterpol rəhbəri işgəncələrdə şübhəli bilinir. Məlumatlara əsasən, ər-Rəisi barədə istintaq martın sonundan etibarən başlayıb. Fransanın Milli Antiterror Prokurorluğu iki britaniyalıdan daxil olan şikayət əsasında Paris ədliyyəsinə istintaqa başlamağı tapşırıb.
Qeyd edək ki, İnterpolun mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir.
Birləşmiş Ərəb Əmirliklərindən olan Əhməd Nəsir ər-Rəisi ötən ilin noyabrında İnterpolun prezidenti seçilib.
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
İnterpolun prezidenti barəsində istintaq başlayıb üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)