Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb

2020-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 100,7 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 3,6 faiz azalıb.

Neft məhsullarından neft bitumunun istehsalı 44,2 faiz, avtomobil benzininin istehsalı 0,5 faiz artıb.

Dizel yanacağının istehsalı 0,6 faiz, neft koksunun istehsalı 17,4 faiz, ağ neftin istehsalı 24,7 faiz, sürtkü yağlarının istehsalı 28,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 39,3 faiz, yanacaq mazutunun istehsalı 51,4 faiz azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər