Paytaxtda daha bir iritutumlu marşrut avtobusu istifadəyə verilib

Bakıda 217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb edilib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumatda iiritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı marşrut xəttinin daimi istifadəçiləri olan Məhəmmədi kəndinin sakinlərinin məmnunluqları qeyd olunub.

Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə “Koroğlu”NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olub.


Bütün xəbərlər