Qanun pozuntusuna yol vermiş bələdiyyələrlə bağlı 10 cinayət işi başlanıb

Azərbaycanda vəzifəli şəxsləri barədə cinayət işi açılan 10 bələdiyyə məlum olub.

Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə bildirilir ki, Şabran rayonu Pirəbədi, İsmayıllı rayonu Tircan, Şəmkir rayonu Əliyaqublu, Masallı rayonu Ərkivan, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek, Ağcabədi rayonunun Aran bələdiyyələrinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.

Ötən il inzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilib.


Bütün xəbərlər