Türkiyədə yağan güclü qar 25 kilometrlik tıxaca səbəb oldu

Türkiyənin şimal-qərbində yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib.

Dünən axşam saatlarından etibarən başlayan qar Balıkesir vilayətində bir sıra yolların bağlanmasına səbəb olub.

Balıkesir-Bursa magistralında 25 kilometr uzunluğunda tıxac qeydə alınıb.

Bursadan Yalovaya gedən yol da avtomobillərin hərəkəti üçün bağlanıb.

Türkiyədə yağan güclü qar 25 kilometrlik tıxaca səbəb oldu üçün şərhlər bağlıdır

Bütün xəbərlər