Vilayət Eyvazovdan Ramiz Zeynalovun rəis bacısı oğlunun yerinə TƏYİNAT
![](https://interval.az/wp-content/uploads/2022/01/1009016-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Interval.az Manset.az-a istinadən bildirir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə polis mayoru Vüqar Orucov Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilərək təqaüdə göndərmişdi.
Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
Milli.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Vilayət Eyvazovdan Ramiz Zeynalovun rəis bacısı oğlunun yerinə TƏYİNAT üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)