XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Paylaşımda bildirilir:

“1994-cü ilin bu günündə Azərbaycan NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulub və İttifaqla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan Avro-Atlantik bölgədə və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır”.


Bütün xəbərlər