Yalnız son 5 gün ərzində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır.
![](https://interval.az/wp-content/uploads/2021/12/1638884291_5d276211-e508-3452-b8f0-a06f26b9a8f1_850-1-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.
Yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9
![](https://interval.az/wp-content/uploads/2022/03/0a95f0cf-f5f4-4d8d-bbb5-d4e286bfeb09-217x300.jpg)
![](https://interval.az/wp-content/uploads/2022/03/3b2ce4df-a891-4f9d-a6f4-bbe046ae7d6a-217x300.jpg)
![](https://interval.az/wp-content/uploads/2022/03/0747759a-3669-412f-965b-45feeaf48f12-300x195.jpg)
![](https://interval.az/wp-content/uploads/2022/03/18d74869-942e-414a-825a-5c3fe9d1bd6f-300x200.jpg)
![](https://interval.az/wp-content/uploads/2022/03/d976395b-053a-456c-8ba6-60fa22d0b08f-217x300.jpg)
![](https://interval.az/wp-content/uploads/2022/03/0a95f0cf-f5f4-4d8d-bbb5-d4e286bfeb09-217x300.jpg)
Mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilmişdir.
12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar “İzmir-Bakı” reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə “Bakı-London” istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanmışdır.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurmuş, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyənləşdirilmişdir.
Martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları- 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasportlarının saxtalaşdırılması aşkarlanmışdır.
Martın 15-də “Bakı-İstanbul-Nyu-York” reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyən-ləşdirilmişdir.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Yalnız son 5 gün ərzində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır. üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)