Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək


Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək.
İnterval.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Qeyd olunub ki, iki qardaş ölkə bu sahədə əməkdaşlığı gücləndirməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi də aparacaqlar:
“Süni intellekt, bulud texnologiyası, robot texnologiyası və nanotexnologiyalar sahəsində əməkdaşlıq daha da gücləndiriləcək”.
Mənbə onu da əlavə edib ki, tərəflər, o cümlədən startapların dəstəklənməsi sahəsində bilik və təcrübə mübadiləsi aparacaq:
“Əməkdaşlıq bu il və qarşıdakı 2021-ci illər ərzində nəzərdə tutulur”.
Qeyd olunub ki, Türkiyə rabitə sahəsi üzrə müstəqil tənzimləyici qurumun yaradılması ilə əlaqədar Azərbaycanla öz təcrübəsini də paylaşa bilər.

Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək üçün şərhlər bağlıdır
Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































