Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 4 nəfər virusa yoluxub.

Hazırda 1 130 nəfər karantinə yerləşdirilib, stasionar nəzarətdə 81 nəfər yoxlanılır.

Koronavirus təhlükəsi ilə əlaqədar Gürcüstan martın 18-dən başlayaraq əcnəbilər üçün sərhədləri bağlayır.

Bundan başqa, Çin, İran, Cənubi Koreya, İtaliya, Almaniya, Fransa, İspaniya, Avstriya, İsveçrə, Norveç və Danimarkadan olan vətəndaşlar üçün məcburi karantin rejimi tətbiq olunur.


Bütün xəbərlər