Özbəkistanda torpaq sürüşməsi: yüzlərlə sakin təxliyə olundu


Özbəkistanın mərkəzi hissəsində yerləşən Nəvoi vilayətinin Zərəfşan şəhərində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zonasından 300 nəfər təxliyə olunub. Əhali arasında itkilərin olmadığı deyilir.
4 yaşayış evinə isə zərər dəyib.
Hazırda hadisə yerində xilasedicilər işləyir.

Özbəkistanda torpaq sürüşməsi: yüzlərlə sakin təxliyə olundu üçün şərhlər bağlıdır
Bütün xəbərlər
