Ermənistanda son sutkada 180 nəfər koronavirusa yoluxdu


Ermənistanda koronavirusa yoluxanların sayı 3 718 nəfərə çatıb.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 180 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 48 nəfər koronavirusun qurbanı olub, 2 042 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Ermənistanda son sutkada 180 nəfər koronavirusa yoluxdu üçün şərhlər bağlıdır
Bütün xəbərlər
