Rusiyada koronavirusa yoluxanların sayı 240 min nəfəri keçdi


Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 10 028 nəfər koronavirusa yoluxub, 96 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 242 271 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 212 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 48 003 nəfər virusdan sağalıb, 192 056 nəfərin müalicəsi isə davam edir.

Rusiyada koronavirusa yoluxanların sayı 240 min nəfəri keçdi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
