Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir – Operativ Qərargahın brifinqi
Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə əlaqədar sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən qadağalar hələ də qüvvədədir.
Səhiyyə Nazirinin müavini Viktor Qasımov Interval.az-a açıqlamasında bildirib ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah gündəmdə olan məsələlərlə bağlı brifinq keçirəcək.
“Ölkədə koronavirus pandemiyasının gedişi ilə bağlı ətraflı məlumat brifinqdə veriləcək”, – deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, kafe və restoranların fəaliyyətini bərpa etməsi və regionlara gediş-gəlişlə bağlı rəsmi açıqlamanın olması da gözlənilir.
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir – Operativ Qərargahın brifinqi üçün şərhlər bağlıdır