9-11-ci sinif dərsliklərinə erkən nikahın mənfi nəticələrinə …
9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edilib.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası üçün göstərilən orqanlar (qurumlar) tərəfindən 2020-ci ilin iyul-dekabr ayları ərzində görülmüş işlər barədə məlumatlara əsasən hazırlanan cədvəldə əksini tapıb.
Həmçinin təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin təşkili, maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsi və erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işi təşkil edilib.