Nazir rəisi nöqsanlara görə işdən çıxardı – Polislərə töhmət verildi

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Interval.az xəbər verir ki, bu barədə “unikal” məlumat yayıb. Bildirilib ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov işdən çıxarılıb.
Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.
Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.

Interval.az


Bütün xəbərlər