Prezident: Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır


Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir.
Interval.Az bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda yer alıb.
Məktubda deyilir: “Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”.
Zamiq Yunisov
Interval.Az

Prezident: Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır üçün şərhlər bağlıdır
Bütün xəbərlər
