Azərbaycanlı müəllimə “Altın Palmiye Ödülü”qazandı.

 

İnterval.Az  bildirir ki,  Hər il müxtəlif ölkələrdə keçirilən Altın Palmiye Ödülleri bu ilin may ayında Bakıda keçirildi. Türkiyə və Azərbaycan Respublikalarının birgə təşkilatçılığı Türkiyə-Azərbaycan Dostluk Zirvesi çərçivəsində keçirilən Altın Palmiye Ödüllerinin təqdimat mərasimində Aytən Məmmədova “Yılın en iyi müzik öğretmeni” mükafatına layiq görüldü.

O çıxışında qeyd etdiyi fikirlərlə yadda qaldı:
“Hansı peşənin sahibi olursunuzsa olun, musiqi hər zaman sizinlədir. Çünki o,sizə gözəl dost, yaxşı yol yoldaşı, əvəzedilməz müəllim qədər böyük hisslər daşıyıcısıdır.”

Hal-hazırda Aytən Məmmədova Şəkidə 4 saylı uşaq musiqi məktəbində musiqi müəlliməsi olaraq çalışır. O, fəaliyyəti dövründə həm özü, həm də şagirdləri ölkəmizdə və xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə uğurla iştirak edir.

2022-ci ildə yetirmələri Respublika üzrə keçirilən ARTS OLIMPIA musiqi müsabiqəsində Məmmədov Fərid birinci və Məmmədova Aylin ikinci yerlərə layiq görüldü.

Bundan başqa o, Fransa, Amerika, Latviya, Litva, Avstriya, Estoniya və Qazaxıstanda keçirilən beynəlxalq səviyyəli yarışlarda qazanılan uğurlara görə təşəkkürnamələrlə təltif olunmuşdur.

Zamiq Yunisov 

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər