“Özəl məhkəmə ekperizasının tətbiqi üçün xarici ölkələrin təcrübəsi öyrənilib” – Mərkəz rəhbəri

Özəl məhkəmə ekperizasının tətbiqi üçün xarici ölkələrin təcrübəsi öyrənilib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

Mərkəz rəhbəri özəl ekspertizanın tətbiqi mexanizminə də toxunub:

“Ekspert hər hansı sahə üzrə xüsusi biliyə malik olan şəxsdir. Onun hazırlanması xüsusi proqramdan keçir və şəhadətnamə əldə edir. Ancaq elə strateji məsələlər var ki, onlara özəl ekspert baxa bilməz və cinayət işlərində rəy vermək səlahiyyəti dövlət eksperizasına aiddir. Bura, ballistik, narkotik, qiymətli kağızların və s. ekspertizalar aiddir. Özəl ekspertiza sahəsinə mülki, inzibati işlərə aid ekspertizalar tətbiq ediləcək”.


Bütün xəbərlər