Zamiq Yunisov EAPCA-nın Azərbaycandakı Protokol Rəhbəri Təyin Edildi

İnterval.Az xəbər verir ki,   28 iyul 2025 – Bakı   Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən media və mədəniyyət xadimi Zamiq Yunisovu qurumun Azərbaycandakı Protokol Rəhbəri vəzifəsinə təyin edib.

 

Bu təyinat EAPCA-nın regiondakı fəaliyyətinin daha sistemli, protokola uyğun və beynəlxalq standartlara əsaslanan şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Qurumun yaydığı rəsmi məlumata əsasən, Zamiq Yunisovun protokol, beynəlxalq əlaqələr, tədbir təşkili və ictimaiyyətlə əlaqələr sahəsindəki çoxillik təcrübəsi bu vəzifəyə təyinatında əsas rol oynayıb.

Zamiq Yunisov müxtəlif dövrlərdə Azərbaycan mediasında mühüm layihələrin müəllifi, beynəlxalq konfransların və mədəni tədbirlərin təşkilatçısı kimi tanınıb. O, həmçinin “, “Z Company 2007 MMC” və, Yaz Media Group” MMC-nin təsisçisi və rəhbəridir.Eyni zamanda İnterval.az , VİP HD.az-ın rəhbəri və baş redaktorudur,.və “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini , media və tədbir təşkilatı sahəsində fəaliyyət göstərən qurumların təsisçisi və rəhbəridir. Bununla bərabər Eyni zamanda, Zamiq Yunisov bir sıra ictimai təşəbbüslərin və beynəlxalq platformaların fəal iştirakçısı olaraq çıxış edir.

EAPCA tərəfindən bildirilib ki, yeni Protokol Rəhbəri kimi Zamiq Yunisovun qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

Azərbaycanda EAPCA nümayəndə heyətlərinin qəbulu və müşayiəti,

Beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili,

Qurumun Azərbaycan daxilində protokol və təşkilati məsələlərinin koordinasiyası,

EAPCA-nın rəsmi tədbirlərinin ictimaiyyətlə əlaqələrinin təşkili.Təyinatla bağlı fikirlərini bölüşən Zamiq Yunisov bildirib:

“EAPCA kimi nüfuzlu bir beynəlxalq təşkilatda Protokol Rəhbəri olaraq təmsil olunmaq mənim üçün böyük şərəfdir. Bu məsuliyyətli vəzifədə Azərbaycanın beynəlxalq imicinə, mədəni və diplomatik əlaqələrinin möhkəmləndirilməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm.”

Qeyd edək ki, EAPCA – Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası, Avropa və Atlantik məkanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, diasporla əlaqələrin inkişafı və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olan nüfuzlu transmilli təşkilatlardan biridir.

İnterval.Az 
Ayla Qafqazlı

Bütün xəbərlər