Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası Birləşmiş Millətlər Təşkilatının Baş katibliyinə Müraciət imzalamışdır

İnterval.Az xəbər verir ki,  Qurumun Baş katibi Sahil Qasımovun imzaladığı Müraciətdə EAPCA-nın quruluş tarixi və strukturu, yaranma mərami haqqında geniş məlumat verilmişdir. Məlumatda deyilir ki, EAPCA transmilli təşkilat olaraq bu coğrafiyada fəaliyyət göstərən 10-larla diaspora və lobbist təşkilatları tərəfindən Niderland Krallığının rəsmi dairələrində qeydiyyatdan keçərək Beynəlxalq status qazanmışdır.

 

Avropanın paytaxtı Brüsseldə təsis edildikdən bəri EAPCA Azərbaycan həqiqətlərinin Avro-Atlantik məkanında geniş tanıdılmasında, Qərbi Azərbaycandan və öz torpaqlarından qovulmuş azərbaycanlıların təməl haqlarının müdafiə edilməsində,

beynəlxalq arenada Azərbaycan dövlətinin və dövlətçiliyinin, siyasi kursunun dəstəklənməsində mühüm rol oynayan təşkilata çevrilmişdir. EAPCA beynəlxalq təşkilatları iş birliyinə, dünyada sülhün bərqərar olunmasında birgə səylər göstərməyə dəvət edir. Müraciətdə qeyd olunur ki, qurumun rəhbərliyi artıq dəfələrlə BMT-də, UNESCO-da, Avropa Parlamentində, ATƏT-in Varşava ofisində tədbirlər həyata keçirmişdir.

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası BMT ilə yanaşı rəsmi Müraciətini digər Beynəlxalq təşkilatlara, o cümlədən Avropa Parlamenti, BMT-nin Cenevrə Ofisinə, UNESCO, ATƏT və bir çox təşkilatlara ünvanlamışdır.

Viktoriya Morjayeva  
İnterval.Az


Bütün xəbərlər