Xalq artisti Azərin Tağıyeva EAPCA tərəfindən “Medal of Honor” mükafatına layiq görüldü


İnterval.Az xəbər verir ki, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Azərin Etibar qızı Tağıyeva Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) tərəfindən nüfuzlu “Medal of Honor” mükafatı ilə təltif olunub.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Azərin Etibar qızı Tağıyevanın EAPCA tərəfindən təltif olunması .
Qərar EAPCA-nın Baş katibi Sahil Qasımov tərəfindən imzalanıb. Sənəddə bildirilir ki, Azərin Tağıyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələrə, həmçinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə bu yüksək mükafata layiq görülüb.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Azərin Etibar qızı Tağıyevanın EAPCA tərəfindən təltif olunması .
Rəsmi qərarda qeyd olunur ki, təltif sənətkarın 55 illik yubileyi münasibətilə təqdim edilib.

Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Azərin Etibar qızı Tağıyevanın EAPCA tərəfindən təltif olunması .
Qeyd edək ki, Azərin Tağıyeva uzun illərdir Azərbaycan milli musiqisinin və vətənpərvərlik ruhunun təbliği istiqamətində fəaliyyət göstərən sənətçilərdən biri kimi tanınır. Onun yaradıcılığı həm ölkə daxilində, həm də beynəlxalq platformalarda yüksək qiymətləndirilir.
Sənəd Amsterdam şəhərində 09.05.2026-cı il tarixində rəsmiləşdirilib.
Zamiq Yunisov
İnterval.Az

Bütün xəbərlər



























































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































