Prezident San Marinonun regent kapitanlarına məktub göndərdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib.
İnterval.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
“San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
İnterval.Az
Ayla Qafqazlı

Prezident San Marinonun regent kapitanlarına məktub göndərdi üçün şərhlər bağlıdır
Bütün xəbərlər




































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































