iki “06” toqquşdu: ölən və xəsarət alanlar var
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” markalı iki minik maşını toqquşub. Nəticədə sürüçülərdən biri, Kürdəmir rayonunun Mollakənd kənd sakini, 1995-ci il təvəllüdlü Aslan Rüstəm oğlu Xasanov hadisə yerində ölüb.
Şəxsiyyətləri hələlik məlum olmayan daha 2 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
iki “06” toqquşdu: ölən və xəsarət alanlar var üçün şərhlər bağlıdır