5 otaqlı inzibati binada yanğın olub


Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.
İnterval.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

5 otaqlı inzibati binada yanğın olub üçün şərhlər bağlıdır
Bütün xəbərlər
