Rusiya və NATO hərbi rəhbərliyi Bakıda strateji sabitliyi müzakirə ediblər


Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters Bakıda strateji sabitlik və böhran bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
İnterval.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, hərbi rəhbərlər strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımları müzakirə ediblər.

Rusiya və NATO hərbi rəhbərliyi Bakıda strateji sabitliyi müzakirə ediblər üçün şərhlər bağlıdır
Bütün xəbərlər
