ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb

ABŞ-ın San-Diyeqo dairəsində yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

Məlumata əsasən, San-Diyeqo dairəsində qeydə alınan yoluxma halı ilə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 13-ə çatıb.

Ötən gün üçün olan məlumatlara görə, ABŞ-da 398 nəfər müayinə edilib, 12 nəfərdə yoluxma halı təsdiqlənib, 318 nəfərdə isə virus aşkarlanmayıb. Daha 68 nəfərin nəticələri, hələ ki, hazır deyil.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.


Bütün xəbərlər