ABŞ DƏHŞƏT İÇİNDƏ: Fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatında 2 həftədir davam edən meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib.

Interval.az xəbər verir ki, federal və yerli hüquq-mühafizə orqanlarının təhlükəli isti hava şəraitində yanğınlara qarşı mübarizə apardığı, bir çox evin və binaların yararsız hala düşdüyü, 6 minə yaxın evin isə təhlükə altında olduğu bildirilib.

Yanğının söndürülməsi üçün qonşu ştatlardan da kömək gətirilir.

Nəzarətdən çıxan yanğının qonşu əyalət olan Nevadanın dağlıq bölgələrinə yayıldığı bildirilib. Bölgədəki 15 minə yaxın insanın təxliyəsi üçün əmr verilib.

Yanğın ilə mübarizə çərçivəsində təxminən 1500 yanğınsöndürən, 6 təyyarə, 12 tam təchiz edilmiş vertolyot və təxminən 150 yanğınsöndürən maşın bölgəyə cəlb edilib.


Bütün xəbərlər