“ART OLIMPIA Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirilib

Azərbaycan Gənclər İttifaqını və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq qiyabi “ART OLIMPIA Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirilib. Qiyabi olaraq keçirilən yarışmada iştirak edənlərin sayı heç də az olmayıb. Belə ki, 758 nəfər iştirakçı qatılıb müsabiqəyə, bölgələrlə yanaşı 4 ölkədən iştirakçılar qatlılmışdı. Bu isə nəticə olaraq, müsabiqənin uğurla həyata keçirldiyinin göstəricisidir.

Trend-in məlumatına görə, müsabiqənin münsiflər heyəti: Azərbaycan Dövlət İncəsənət Univeristeti cavabdeh şəxs, kafedra müdiri Səbinə Mehdiyeva, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası və cavabdeh şəxs Gimnaziya müdirəsi Aytən Əhmədova, Azərbaycan Art Council müdiri və təsisçisi Dadaş Məmmədov və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov.

Müxtəli yaş və nominasiyalr üzrə qaliblər müəyyən olunub – Vokal, Bədii Qiraət, Rəqs (Bolivud, Debüt, Folk style baby, Hind Folk, Klassik rəqs, Dünya Xalqların Rəqsləri, Müasir rəqs, Folklor stilizasiyası, Etno folklore, Hip Hop), Təsviri sənət ( Sərbəst movzu rəsm, Natürmort rəsm, mövzu “Həkimlər – qəhrəmanlarımızdır”) və ART Olimpia Musiqi.

Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov bildirib ki, “İlk dəfədir qiyabi beynəlxalq yarışma keçirdirdik. Hər il “Beynəlxalq İncəsənət Müsabiqəsi”ndə 6-7 min aralığında iştirakçı sayı olurdu. Bu il yarışmaya 758 iştirakçı və 4 ölkədən qatılanlanlar oldu. Nəticə olaraq isə iştirakçı sayının uğurlu rəqəm olduğunu deyə bilərik. Ümid edirəm ki, tezliklə bu vəziyyət aradan qalxa əvvəl ki, normal həyatımıza qayıdıb, işlərimizə qaldığı yerdən başlayarıq. Əsas ölkəmizdə sağlamlıq olsun, heç bir xəstəliklə, pandemiya ilə mübarizə aparılmasın. Bütün gənclərimizə də bildirmək istəyirəm ki, biz komanda olaraq sizə hər zaman dəstək olacağıq. Pandemiya aradan qalxana qədər sizlərlə online işlər görüləcək, layihələr həyata keçiriləcək. Növbəti layihələr haqqında isə qısa zamanda məlumatlar veriləcək. Yarışmayan qatılan bütün iştirakçılara uğurlar diləyirəm. Belə layihələrdə bizlərə hər zaman dəstək olan münsiflər heyətinə və istedadlı gənclər yetişdirən müəllimlərə komandamız adından təşəkkür edirik.”


Bütün xəbərlər