Avropada təbii qazın qiyməti min dollardan aşağı düşüb

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1000 dollardan aşağı düşüb.

Niderlandın TTF habında təbii qazın min kubmetri 970 dollara alınıb satılır.

Qeyd edək ki, ötən gün təbii qazın qiymətləri 1 123 dollara çatsa da, daha sonra günü 1000 dollar ətrafında bitirib.

Ötən həftə, oktyabrın 6-da təbii qazın qiyməti tarixi rekord vuraraq min kubmetr üçün 1 957 dollaradək bahalaşmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.


Bütün xəbərlər