Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” adlandırılıb

Misli Premyer Liqasının XI turu “Zəfər turu” elan edilib.

Bu barədə   İnterval.Az -a  Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.

XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.

Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.

İnterval.Az 
Ayla Qafqazlı 
Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” adlandırılıb üçün şərhlər bağlıdır

Bütün xəbərlər