Azərbaycanda koronavirusla bağlı elektron resept sisteminin tətbiqi planlaşdırılır

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır, elektron resept sisteminin tətbiqi planlaşdırılır.

Bu barədə oktyabrın 7-də Milli Məclisdə Səhiyyə komitəsinin təşkilatçılığı ilə “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə bildirilib.

Fikir mübadiləsi şəraitində keçən tədbirdə dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.

Dinləmələrə dəvət olunan Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər barədə məlumat veriblər, deputatların suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər.


Bütün xəbərlər