“Azəri-Çıraq-Günəşli”də bu günədək hasil olunan neftin həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda işə düşdükdən etibarən bu günədək neft hasilatının həcmi 3,8 milyard bareli ötüb.

Bu barədə BP şirkətinin hesabatına istinadən məlumat verir.

Qeyd edək ki, 2020-ci ildə yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 477 000 barel təşkil edib.

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.


Bütün xəbərlər