“Bitcoin”in dəyəri ilk dəfə 50 min dolları keçib

Dünyanın ən populyar kriptovalyutası sayılan “Bitcoin”nin dəyəri yeni tarixi rekord vuraraq 50 min ABŞ dolları həddini keçib.

Dövriyyəsinə görə dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”da “Bitcoin”nin dəyəri Bakı vaxtı ilə 16:30-da artaraq 50 341,1 dollara çatıb.

Qeyd edək ki, hazırda kriptovalyuta bazarında “Bitcoin”in dövriyyəsi 923,293 mlrd. dollar təşkil edir. Son 24 saat ərzində “Bitcoin”lə ticarət əməliyyatlarının həcmi 3,4% azalaraq 78,289 mlrd. dollara enib.


Bütün xəbərlər