Bu gün Xalq artisti Aygün Səmədzadənin dünyaya göz açdığı gündür

Interval.Az bildirir ki,   Bu gün Xalq artisti Aygün Səmədzadənin dünyaya göz açdığı gündür
Aygün Səmədzadə 200-dən artıq mahnının müəllifidir. Həmin əsərlərin bir çoxu “Bu dünyanı nağıl bilək” albomu, “Əhməd Cavad” albomu, 4 diskdən ibarət “Azərbaycan” albomu və “Vətən mahnıları” albomunda cəmlənib.
Tanınmış bəstəkar bir çox teatr tamaşaları və filmlər üçün də musiqilər bəstələyib. Elçin Əfəndiyevin “Qatil”, “Şekspir”, Hüseyn Cavidin “Əmir Teymur”, “İblis”, İlqar Fəhminin “Mənəm, mən…”, Stefan Sveyqin “Yad qadının məktubu” teatr tamaşalarının, “Əlavə təsir”, “Sirr”, “Axırıncı dayanacaq” filmlərinin bəstəkarıdır.
O, 2019-cu ildə Azərbaycan bəstəkarlarının Vətən haqqında mahnılarından ibarət “Azərbaycan 100 mahnıda” klavirinin ideya müəllifi və layihə rəhbəri olub.
Bəstəkar 2011-ci il sentyabr ayının 15-də “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi”, 2018-ci ilin 27 mayında isə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb.
Sənətkarımıza uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!
Zmiq Yunisov 
Interval.Az

Bütün xəbərlər